2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 1 milyard 550 milyon ABŞ dolları dəyərində 4 milyard 187 milyon min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 233,4 milyon kub metr və ya 5,9 %, dəyəri isə 90,6 milyon dollar və ya 6,2 % çoxdur.
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 1 milyard 460 milyon ABŞ dolları dəyərində 3 milyard 954 milyon min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu dövrdə ixarc edilmiş qazın kub metrinin orta ixrac qiyməti 63 qəpiyə bərabər olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə demək olar ki, eynidir.
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 32,53 % olub.