“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqini təsdiqləyib.
Eləcə də bax: SOCAR İstiqrazları rekord vurdu – YENİ QİYMƏT
Agentlik “Cənub Qaz Dəhlizi” QSC-nin avrobondlarının uzunmüddətli xarici valyutadakı reytinqini “BB+” səviyyəsində təsdiq edib.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli Sərəncamı əsasında yaradılan və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
Azərtac