“Lukoil” şirkətinin iştirak etdiyi “Jenis” layihəsi üzrə ilk quyunun 2022-ci ilin II yarısında qazılması planlaşdırılır.
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, layihənin operatoru olan “Jenis Opereytinq” şirkətinin məlumatına görə, quyunun layihə dərinliyi 3300 metrdir. Qazma sahəsində suyun dərinliyi təqribən 98 metr təşkil edir. Qazma işlərinin “Neptun” (“Saturn”, “Merkuri”) özüqalxan qazma qurğusu və ya “Dədə Qorqud” yarımdalma qazma qurğusunun (Azərbaycanın CDC şirkətinə məxsusdur) köməyi ilə həyata keçirilməsi planlaşdırılır.
“Jenis” strukturunda V-1 axtarış quyusunun qazılması üçün texniki layihənin hazırlanması üzrə tender artıq keçirilib.