"Gəncə Cihazqayırma Zavodu" ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçiriləcək.
FED.az xəbər verir ki, 10 mart 2022-ci il tarixdə, saat 10:00-da "Gəncə Cihazqayırma Zavodu" ASC-nin Gəncə şəhəri, Vəli Xuluflu küçəsi 1 saylı ünvanında yerləşən baş ofisində Cəmiyyətin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası çağrılır.
İclasın gündəliyinə Cəmiyyətin 2022-ci il üçün büdcəsinin təsdiq olunması, 2019/2020-ci ilin nəticələrinə görə əldə edilmiş xalis mənfəətinin müəyyən hissəsinin Cəmiyyətin səhmdarlarına dividend formasında ödənilməsi daxildir. Bundan başqa, iclasda iştirak edən səsvermə hüququna malik səhmdarlarının yekdil razılığı tələb olunan digər məsələlər də müzakirə ediləcək.
Cəmiyyətin səhmdarları cağırılan Ümumi Yığıncağının gündəliyi üzrə materialları ilə Cəmiyyətin Gəncə şəhəri, Vəli Xuluflu küçəsi 1 saylı ünvanında yerləşən baş ofisində tanış ola bilərlər.