Azərbaycan şaxələndirilmiş şəkildə Rumıniyanın energetika bazarına daxil olmağı hədəfləyir.
SOCAR Rumıniyada bitum terminalının tikintisində - İŞTİRAK EDƏ BİLƏR
FED.azxəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbulu zamanı qeyd edilib.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndiyinə toxunulub, ötən il ticarət dövriyyəsinin daha əvvəlki illə müqayisədə təqribən 30 faiz artaraq 670 milyon ABŞ dollarına çatdığı qeyd olunub, investisiya sahəsində də əməkdaşlığın möhkəmləndiyi bildirilib.
SOCAR-ın Rumıniyada çox aktiv fəaliyyətinə toxunularaq onun bu ölkənin yanacaq bazarında kifayət qədər əhəmiyyətli yer tutduğu diqqətə çatdırılıb.