Azərbaycan 2023-cü ilin yanvar-avqust aylarında 57 min 545,21 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 19,7% azdır.
Azərbaycan Litvadan AI-92 markalı - BENZİN İDXALINA BAŞLAYIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $54 milyon 957,64 min (azalma 23,7%) təşkil edib.
İdxalın əsas həcmi - $29 milyon 994,2 min dəyərində (azalma 34,2%) 31 min 741,51 ton (azalma 30%) Rusiyanın payına düşüb.
Bundan başqa, hesabat dövründə Belarusdan 14 min 782 ton ($13 milyon 439,29 min dəyərində), Rumıniyadan 5 min 555,44 ton ($5 milyon 706,66 min dəyərində), Yunanıstandan 2 min 861,95 ton ($3 milyon 119,52 min dəyərində), Gürcüstandan 2 min 219,71 ton ($2 milyon 415,29 min dəyərində) və BƏƏ-dən 384,6 min ton benzin ($282,68 min dəyərində) idxal edilib.
2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana $1 milyon 593,22 min dəyərində (artım 25,2%) 1 min 330,03 ton “Super Euro-98” markalı benzin (artım 24,3%) idxal edilib. Hesabat dövründə Rumıniyadan 814,1 ton ($995,19 min dəyərində), Rusiyadan 357,1 ton ($402,56 min dəyərində), Belarusdan 158,8 ton ($193,75 min dəyərində) benzin idxal edilib.
Azərbaycan 2022-ci ildə $102 milyon 540,18 min dəyərində (azalma 7,7%) 99 min 490,98 ton “Premium Euro-95” markalı avtomobil benzini (azalma 32,5%) idxal edib. İdxalın 73,4%-i Rusiyanın payına düşüb.
2022-ci ildə Azərbaycana $2 milyon 52,49 min dəyərində (azalma 14,3%) 1 min 670,95 ton (azalma 37,8%) “Super Euro-98” markalı avtomobil benzini idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri isə 2,3 manat təşkil edir. (İnterfaks-Azərbaycan)