Azərbaycan region ölkələri arasında «LPG» yanacağının dizeldən başa satıldığı yeganə ölkədir.
Eləcə də bax: Azərbaycanda bir il ərzində istifadə olunan dizelin və benzinin - HƏCMİ AÇIQLANIB
FED.az xəbər verir ki, LPG (Liquid Petroleum Gas, yəni Mayeləşdirilmiş Neft Qazı) xam neftin fraksiyası və ya təbii qazın təziq altında mayeləşdirilməsi ilə alınan rəngsiz, qoxusuz, havadan ağır yanıcı qazdır. LP qazı Benzin və Dizelə nisbətən istehsalı, çıxarılması daha ucuzdur və adətən bu yanacaq növünün qiyməti benzin və dizelə nisbətdə daha ucuz olur. Amma Azərbaycanda bu gün bu yanacaq növü 65 qəpikdən, yəni dizel yanacağı ilə müqayisədə 5 qəpik daha baha satılmaqdadır.
2020-ci ilin fevral ayı üzrə yanacaq növlərinin bəzi avropa ölkələrində satış qiyməti aşağıdakı cədvəldə təqdim edirik:
Bəzi Avropa ölkələri üzrə 2020-ci ilin fevral ayı üçün yanacaq növlərinin qiyməti (Avro ilə) |
|||||||
|
ÖLKƏLƏR |
BENZİN 92 |
BENZİN 95 |
DİZEL |
LPG |
Dizel-LPG (fərq) |
Faizlə (%) |
1 |
Avstriya |
1,2 |
1,36 |
1,18 |
0,77 |
0,41 |
65,25 |
2 |
Azərbaycan |
0,82 |
0,87 |
0,33 |
0,35 |
-0,02 |
106,06 |
3 |
Ermənistan |
0,83 |
0,89 |
0,85 |
0,33 |
0,52 |
38,82 |
4 |
Belarusiya |
0,76 |
0,82 |
0,76 |
0,39 |
0,37 |
51,32 |
5 |
Belçika |
1,45 |
1,54 |
1,51 |
0,52 |
0,99 |
34,44 |
6 |
Böyük Britaniya |
1,49 |
1,66 |
1,54 |
0,73 |
0,81 |
47,40 |
7 |
Almaniya |
1,46 |
1,57 |
1,28 |
0,63 |
0,65 |
49,22 |
8 |
Gürcüstan |
0,83 |
0,86 |
0,86 |
0,53 |
0,33 |
61,63 |
9 |
Latviya |
1,21 |
1,27 |
1,15 |
0,59 |
0,56 |
51,30 |
10 |
Litva |
1,19 |
1,27 |
1,08 |
0,52 |
0,56 |
48,15 |
11 |
Norveç |
1,72 |
1,82 |
1,64 |
0,73 |
0,91 |
44,51 |
12 |
Rusiya |
0,68 |
0,79 |
0,69 |
0,33 |
0,36 |
47,83 |
13 |
Türkiyə |
1,03 |
1,03 |
0,97 |
0,6 |
0,37 |
61,85 |
14 |
Ukrayna |
1,00 |
1,05 |
0,98 |
0,44 |
0,54 |
44,90 |
15 |
Estoniya |
1,39 |
1,44 |
1,38 |
0,61 |
0,77 |
44,20 |
Cədvəldəndə göründüyü kimi, Azərbaycan Avropanın yeganə ölkəsidir ki, LPG yanacağı Dizel yanacağından baha satılmaqdadır.
Qeyd edək ki, Azərbaycanda maye qaz satışını «Məişət Maye Qaz» QSC həyata keçirirö 2019-cu ilin noyabr ayından etibarən bir litri 45 qəpiyə satılan LPG 44.44 faiz bahalaşaraq 65 qəpikdən satılmağa başladı.
Səbəb kimi Heydər Əliyev adına Neft Emalı Zavodunun illik profilaktik təmirlə bağlı maye qazın istehsal həcminin azaltmasını və qazın xaricdən idxal edildiyini göstərərək yaxın vaxtlarda qiymətin aşağı enəcəyi bildirilirdi.
Lakin bu günə kimi maye qazın qiymətində azalma müşahidə edilməyib.
Xüsusi olaraq FED.az üçün Emin Kazımov, maliyyəçi ekspert