Bu ilin aprel ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 468 min barel təşkil edib.
FED.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında bildirilir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı mart ayı ilə müqayisədə eyni qalıb.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, apreldə faktiki hasilat 83 min barel geriləyib.
Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 469 min barel təşkil edib.
2024-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 482 min barel olub. (Report)