Beynəlxalq Valyuta Fondu (BVF) 2029-cu ilə qədər Azərbaycan qazının 1 000 kubmetrinin orta qiymət üzrə proqnozunu açıqlayıb.
Azərbaycanda təbii qaz istehsalı artıb
FED.az xəbər verir ki, bu, BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına əsaslanan qiymətləndirməsində (2023-cü ilin noyabr ayında aparılıb - İF) öz əksini tapıb.
Proqnoza əsasən, bu il Azərbaycan qazının 1 000 kubmetrinin orta qiyməti 393,1 ABŞ dolları təşkil edəcək, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 8,3 ABŞ dolları və ya 2,16% çoxdur.
Qeyd olunur ki, 2023-cü ildə Azərbaycan qazı kəskin ucuzlaşıb. Belə ki, ötən il bu göstərici 384,8 dollar səviyyəsində olub ki, bu da illik müqayisədə 355,2 dollar və ya 48% azalma deməkdir.
Bununla yanaşı, BVF gələn il qazın qiymətinin azalmasının, 2026-cı ildə isə yenidən artacağını gözləyir. Azərbaycan qazının qiyməti üzrə 2027-2028-ci illər üçün Fond azalma dinamikasını proqnozlaşdırır.
Azərbaycan qazının qiymətinin illər üzrə dinamikası (BVF qiymətləndirməsinə əsasən):
İllər üzrə |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
2025 |
2026 |
2027 |
2028 |
Qazın güman edilən qiyməti (min kubmetr, ABŞ dolları) |
173,5 |
368,1 |
740 |
384,8 |
393,1 |
291,7 |
362,6 |
322,6 |
319 |
(Apa)