Bu ilin ilk 8 ayında Azərbaycandan 6 milyard dollar həcmində 16 milyard 453 milyon kub metr təbii qaz ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 544 milyon dollar və ya 10%, miqdar ifadəsilə isə 626 milyon kub metr, başqa sözlə 4% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 5 milyard 456 milyon dollar dəyərində 15 milyard 827 milyon kub metr təbii qaz ixrac olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi təbii qazın hər 1000 kub metrinin orta ixrac qiyməti 619 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 586 manat idi. Bu da illik müqayisə ilə 33 manat və ya 5,6% bahalaşma deməkdir.
Bu il 8 ayında ümumi ixracın 35,14%-i təbii qazın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 29,92% olub.