Türkiyənin Kilis vilayəti vasitəsilə Suriyaya tədarük edilən Azərbaycan qazı mərkəzi Homs vilayətindəki “Cender Qaz” qazpaylama stansiyasına çatıb, oradan paytaxt Dəməşq yaxınlığındakı “Nasiriyə” və “Təşrin” İES-lərə yönləndiriləcək.
FED.az xəbər verir ki, Suriyanın energetika nazirinin müavini Qayas Diyab və Homs qubernatoru Əbdürrəhman əl-Amanın qatıldığı mərasimdə elektrik stansiyasına qaz təchizatı klapanları açılıb.
Q.Diyabın sözlərinə görə, qaz kəmərinin ötürücülük qabiliyyəti sutkada 3,4 milyon kubmetrdir. Hazırda kəmərlə 1,4 milyon kubmetr Azərbaycan qazı nəql olunur ki, bu da 250 meqavat elektrik enerjisi istehsal etməyə imkan verəcək.
Nazir müavini Azərbaycan qazının Türkiyə üzərindən nəqlini “Suriyanın sabitliyinə mühüm töhfə” adlandırıb.
Xatırladaq ki, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya tədarükü avqustun 2-dən başlayıb.
Qeyd edək ki, Azərbaycan qazı Suriyaya Türkiyə üzərindən ixrac edilir.
Qazın Türkiyəyə satış qiyməti 2025-ci ilin ilk 6 ayı üzrə hər 1000 kubmetr üzrə 277 dollardır. Suriyaya ixrac olunan qazın həcmini - gündə 3,4 milyon dollar – nəzərə alanda, gündəlik satış həcmi 841 min dollara və ya təqribən 1 milyon dollara çatır.