2024-cü ilin yanvar-noyabr ayında Azərbaycandan 7 milyard 604 milyon dollar həcmində 23 milyard 522 milyon kub metr təbii qaz ixrac edilib.
Xam neft ixracından gəlirlər 2 milyard dollara yaxın azaldı - YENİ GÖSTƏRCİLƏR
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyard 171 milyon dollar və ya 40,5%, miqdar ifadəsilə isə 857 milyon kub metr, başqa sözlə 3,5% azalıb.
Qeyd edək ki, 2023-cü ilin ilk 11 ayı ərzində Azərbaycandan 12 milyard 775 milyon dollar dəyərində 24 milyard 379 milyon kub metr təbii qaz ixrac olunmuşdu.
Bu ilin yanvar-noyabr ayında Azərbaycanın ixrac etdiyi təbii qazın 1 kub metrinin orta ixrac qiyməti 54 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 89 qəpik idi. Bu da illik müqayisə ilə 34 qəpik və ya 38,3% azalma deməkdir.
Bu il ümumi ixracın 31,24%-i təbii qazın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 40,54% olub.
Hesabat dövründə ən çox qaz 8,9 milyard kub metr olmaqla İtaliyaya, ən az miqadrda 38,4 milyon kub metr olmaqla Serbiyaya satılıb. Ən baha qiymətə Yunanıstana (təxminən hər kub metr üçün 72 qəpik), ən aşağı qiymətə isə 16 qəpik olmaqla Gürcüstana satılıb.
2024-cü ilin yekunlarına görə isə Azərbaycandan 8 milyard 407 milyon dollar həcmində 25 milyard 772 milyon kub metr təbii qaz ixrac edilib
S/n |
Ölkələr |
İxrac (min kub metr) |
İxrac (dollar) |
Hər min kub metr üçün orta ixrac qiyməti (dollar) |
Hər min kub metr üçün orta ixrac qiyməti (dollar) |
1 |
Gürcüstan |
2 967 963 |
284 357 360 |
$96 |
163 ₼ |
2 |
Serbiya |
38 487 |
14 269 460 |
$371 |
630 ₼ |
3 |
Türkiyə |
8 996 716 |
2 750 672 460 |
$306 |
520 ₼ |
4 |
Bolqarıstan |
1 738 637 |
559 515 440 |
$322 |
547 ₼ |
5 |
İtaliya |
8 930 828 |
3 637 019 690 |
$407 |
692 ₼ |
6 |
Yunanıstan |
849 533 |
358 374 730 |
$422 |
717 ₼ |