Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan 2 ölkədən ümumilikdə 73,1 milyon dollar dəyərində 454,3 milyon kub metr təbii qaz idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Yeddi ayın nəticələrinə görə təbii qazın orta idxal qiyməti hər min kub metr üçün 161 dollar və ya 274 manat təşkil edib. Bu da o deməkdir ki, bir kub metr qazın idxal dəyəri 27 qəpiyə bərabər olub. Azərbaycanın təbii qaz aldığı ölkələr isə Rusiya (141,6 mln. m3) və Türkmənistan olub (312,7 mln. m3). Qeyd edək ki, bu dövrdə Rusiya qazının hər kub metri 31, Türkmənistan qazı isə təqribən 26 qəpiyə idxal edilib.
Lakin bu dövrdə də Azərbaycan əsas qaz ixracatçısı olaraq qalır. Belə ki, qeyd olunan dövr ərzində 6 ölkəyə ümumilikdə 4,8 milyard dollar dəyərində 13,8 milyard kub metr qaz ixarc edilib. Qazın orta ixrac qiyməti hər min kub metr üçün 343 dollar və ya 584 manat təşkil edib (1 m3=58 qəpik).
Bu dövrdə ən çox qaz ixracı 5,8 milyard m3 olmaqla Türkiyə və İtaliyaya həyata keçirilib. Yeddi ayın nəticələrinə əsasən ucuz qaz hər kub metr üçün 29 qəpiyə Gürcüstana, ən baha isə 68 qəpiyə İtaliyaya ixrac olunub.
İDXAL |
|||||
S/n |
Ölkələr |
Miqdar (min kub metr) |
Məbləğ (dollar) |
Orta idxal qiyməti (dollar) |
Orta idxal qiyməti (manat) |
|
Təbii qaz |
454 332 |
73 109 250 |
$161 |
274 ₼ |
1 |
Rusiya |
141 648 |
26 204 850 |
$185 |
314 ₼ |
2 |
Türkmənistan |
312 685 |
46 902 700 |
$150 |
255 ₼ |
İXRAC |
|||||
S/n |
Ölkələr |
Miqdar (min kub metr) |
Məbləğ (dollar) |
Orta idxal qiyməti (dollar) |
Orta idxal qiyməti (manat) |
İxrac |
13 845 429 |
4 755 767 700 |
$343 |
584 ₼ |
|
1 |
Gürcüstan |
617601 |
105 163 260 |
$170 |
289 ₼ |
2 |
Serbiya |
26 036 |
9 125 400 |
$350 |
596 ₼ |
3 |
Türkiyə |
5 830 109 |
1814 954 530 |
$311 |
529 ₼ |
4 |
Bolqarıstan |
1 019 613 |
317 874 730 |
$312 |
530 ₼ |
5 |
İtaliya |
5 801 523 |
2 288 216 310 |
$394 |
671 ₼ |
6 |
Yunanıstan |
550 547 |
220 433 470 |
$400 |
681 ₼ |