Bitkoinin qiyməti sürətli artımını davam etdirir.
FED.az xəbər verir ki, dünyanın əsas kriptovalyutası son sütka ərzində 5%-dən çox bahalaşaraq bu gün Bakı vaxtilə saat 04-45-də 29 min dolları keçib. Qiymətlər bir qədər də artaraq 29 145 dolaradək yüksəlib.
Hazırda da bitkoinin qiyməti 29 min dollardan yuxarıdır və 29 020-29 050 dollar arasında ticarət edilir.
Xatırladaq ki, bir həftə əvvəl bitkoin 23,1 min dollar, bir ay əvvəl 18,5 min dollar, bir il əvvəl isə 7,2 min dollar idi. Martın 13-də isə bitkoinin qiyməti 5 min dollara düşmüşdü.
Başqa sözlə, bitkoin ilin əvvəlindən 4,1 dəfə, mart ayından bəri təqribən 65 dəfə, son bir ayda 57%, son bir həftədə isə 26% bahalaşıb.
2020-ci ilin əvvəlində bitkoinə 1000 dollar yatırmaqla həmin vəsaiti indi 4 min dollara, mart ayında 1000 dollar yatırmaqla isə 6 min dollara çatdırmaq olardı.