Azərbaycan qazı Avropanın daha 2 ölkəsinə çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə prezident İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Dövlət başçısı bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, eyni zamanda, Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının etibarlı tərəfdaşıdır.
Görüşdə İlham Əliyev bildirib ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə – Almaniyaya və Avstriyaya çatıb.













