Ötən il Azərbaycan, Qazaxıstan və Türkmənistan Xəzər regionundan ümumilikdə 5,1 mln. ton neft məsulları ixrac edib.
FED.az xəbər verir ki, "Transneft Servis" şirkətindən ONA-ya verilən məlumata görə, üç ölkədən ən çox neft məsullarını Qazaxıstan ixrac edib. Belə ki, 2018-ci ildə bu ölkə dəmir yolu nəqliyyatı vasitəsi ilə 3,74 mln. ton neft ixrac edib.
Regiondan ixrac edilən neft məsullarının qalan hissəsi isə Azərbaycan və Türkmənistanın payına düşüb.
Qeyd edək ki, bu il Azərbaycanda yeganə olan Heydır Əliyev adına Bakı Neft Emalı Zavodunda 6,1 mln. ton neftin emalı planlaşdırılıb. Ötən il bu göstərici 6,14 mln. ton təşkil edib.