Ötən il Azərbaycan 22,3 mlrd. kubmetr qaz ixrac edib, bu da illik müqayisədə 18% çoxdur.
FED.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında paylaşım edib.
“Yanvar-dekabr aylarında qaz ixracı 18% artıb. Avropaya 11,4 mlrd. kubmetr, Türkiyəyə 8,4 mlrd. kubmetr, Gürcüstana isə 2,5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 5,6 mlrd. kubmetr qazla təchiz edib”, - paylaşımda bildirilir.