Ötən il Azərbaycan 13,8 mlrd. kubmetr qaz ixrac edib, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 16,9% çoxdur.
FED.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, "OPEC+" razılaşması ilə bağlı məhdudiyyətləri çərçivəsində neft ölkədə neft hasilatı 8,2% azalıb: "Eyni zamanda, qaz hasilatı artıb və xüsusilə də qaz ixracı 16,9% artaraq 13,8 mlrd. kubmetr təşkil edib. Bu artımın əsas səbəbi Cənub Qaz Dəhlizi olub".