Ötən il Azərbaycan maye qazın satışından 17 228,5 min manat gəlir əldə edib ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövrü maye qazın satışından əldə edilən gəlirlərin 4 129,8 min manatı əhalinin payına düşüb, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 2,6 dəfə çoxdur.
Məlumata görə, 2020-ci ildə ölkədə maye qaz təsərrüfatı üzrə istismar xərcləri 16 040,2 min manat olub, bu da 2,4 dəfə artım deməkdir. (Apa)