Ötən il Azərbaycanda elektrik enerjisinin istehsalı 272,3 mln. kVt-saat artaraq 29 276,6 mln. kVt-saat təşkil edib.
Azərbaycan elektrik enerjisi istehsalında təbii qaza qənaət edib - İXRAC EDİB
FED.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, ötən il Azərbaycan üzrə elektrik enerjisinin ixracı 3252,5 mln. kVt-saat, idxal isə 211,8 mln. kVt-saat səviyyəsində olub.
“Yanvar-dekabr aylarında İES-lər üzrə 27 160,4 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 2 116,2 mln. kVt-sat elektrik enerjisi istehsal edilib”, - paylaşında qeyd olunur.