Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,15 ABŞ dolları, yaxud 0,9 % azalaraq 120,1 dollarına enib.
FED.az xəbər verir ki, son bir həftə ərzində Azərbaycan neftinin qimyətində həm yüksəliş, həm də eniş istiqamətində ciddi dəyişikliklər olub.
Belə ki, 2 iyulda neftin qiyməti 125,3 dollara yüksəlib. İyulun 5-də isə qiymətlər bir qədər də artaraq 128,8 dollar olub.
6 iyulda neft 10 dollardan da çox ucuzlaşaraq 117,72 dollara enib. 7 iyulda ucuzlaşma davam edib və qiymətlər 114,61 dollaradək azalıb.
İyulun 8-də yenidən artım başlayıb və neft 119,72 dollara yüksəlib. Hazırda neftin qiymətində artım davm etməkdədir və bu prosesin nəticəsi olaraq qiymətlər 120 dolların üzərindədir.
Xatırladaq ki, dünya bazarında neftin qiyməti sürətli artdığına görə, Azərbaycanın dövlət büdcəsində də neftin qiyməti artırılıb. 2022-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollar götürülsə də, sonradan bu rəqəm85 dollara qaldırıldı.