Bu ilin sentyabr ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 75,88 ABŞ dollarına bərabər olub ki, bu da avqust ayının orta qiyməti ilə müqayisədə 5,65 dollar və ya 8% çoxdur.
FED.az xəbər verir ki, sentyabr ayında ən yüksək göstərici (sentyabrın 27-si) – 80,77 dollar təşkil edib, ən minimal göstərici isə (sentyabrın 1-i) 71,32 dollar səviyyəsində olub. Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 12,8% və ya 9,12 dollar artıb. (Apa)