CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 8-də 59,63 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,06 dollar/barel azdır.
FED.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 58,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,06 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 55,13 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 56,94 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,1 dollar/barel azdır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.