Həftə ərzində (30 may – 3 iyul) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 126,73 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,71 dollar və ya 2,2% çoxdur.
FED.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (II gün) – 127,48 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 125,93 dollar səviyyəsində olub.
Həftə ərzində Azərbaycan neftinin qiyməti 0,87 dollar və ya 0,7% azalıb.