Həftə ərzində (16 – 20 may) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 120,32 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 7,47 dollar və ya 6,6% çoxdur.
FED.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (II gün) – 123,18 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 118,42 dollar səviyyəsində olub.
Həftə ərzində Azərbaycan neftinin qiyməti 2,23 dollar və ya 1,86% artıb. (Apa)