Həftə ərzində (12 – 16 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 96,09 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,87 dollar və ya 0,9% çoxdur.
FED.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (I gün) – 97,6 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 93,89 dollar səviyyəsində olub.
Həftə ərzində Azərbaycan neftinin qiyməti 1,97 dollar və ya 2% azalıb. (Apa)