Həftə ərzində (18-22 oktyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 86,41 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,95 dollar və ya 1,1% çoxdur.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (III gün) – 87,13 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 85,15 dollar səviyyəsində olub.
Həftə ərzində Azərbaycan neftinin qiyməti 0,35 dollar və ya 0,4% artıb.