Bu ilin aprel ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 108,56 ABŞ dollarına bərabər olub.
FED.az xəbər verir ki, bu, 2021-ci ilin aprel ayının eyni göstəricisi ilə müqayisədə 43,73 dollar və ya 67,4% çoxdur.
Cari ilin mart ayı ilə müqayisədə isə bu ilin aprelində Azərbaycan neftinin 1 barelinin orta qiyməti 9,12 dollar (və ya 7,7%) azalıb.
Ay ərzində ən yüksək göstərici (aprelin – 29-u) 112,62 dollar təşkil edib, ən minimal göstərici isə (aprelin – 25-i) 102,1 dollar səviyyəsində olub.
Apreldə Azərbaycan neftinin qiyməti 2,04 dollar və ya 1,8% artıb. (Apa)