Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
Ərəb şirkəti Azərbaycanın iri qaz yatağında pay aldı - YENİ SƏHMDAR
FED.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,21 dollar artaraq 90,11 dollar olub.
Xatırladaq ki, bir gün əvvəl neftin qiyməti 89,90 dollar idi.
Ümumilikdə son bir həftə ərzində birjalarda Azərbaycan neftinin qiyməti 2 dollardan çox artıb.
Belə ki, ötən həftənin sonunda – iyulun 29-da Azərbaycan nefti 88,01 dollar idi.
Bundan sonra neftin qiyməti
31 iyulda 89,27 dollar,
01 avqustda 88,76 dollar,
02 avqustda 87,33 dollar,
03 avqustda 88,90 dollar,
04 avqustda isə 90,11 dolar təşkil edib.
Qeyd edək ki, bu məbləğdər Azərbaycan neftinin 2023-cü ildə dövlət büdcəsində nəzərdə tutulan qiymətindən 30 dollar yüksəkdir. Belə ki, iki ay əvvəl büdcədə edilən dəyişikliklərdən sonra neftin qiyməti 50 dollardan 60 dollara yüksəlib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.