Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,86 ABŞ dolları və ya 1,12% artaraq 78,35 dollar təşkil edib.
Xatırladaq ki, ötən həftə ərzində (28 iyun – 2 iyul) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 76,43 dollara bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,3 dollar və ya 0,4% çoxdur. Həftə ərzində ən yüksək göstərici (V gün) – 77,49 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 75,56 dollar səviyyəsində olub.