Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti dəyişməyib.
"AzeriLight" markalı neftin bir barelinin qiyməti ötən həftənin sonu olduğu kimi 55,42 dollara bərabər olub.
Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.