Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti bugün 2,46 dollar və yaxud 5,12% bahalaşıb. Qeyd edək ki, bu neft Supsa, Batumi və Ceyhan limanları boyunca nəql olunur.
Fed.az "Report"-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,51 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.