Ötən həftə (14-19 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 98,73 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,79 dollar və ya 0,81% çoxdur.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (III gün) – 100,76 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 97,63 dollar səviyyəsində olub.