Ötən həftə ərzində (6-10 dekabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 76,104 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,234 dollar və ya 4,44% çoxdur.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (III gün) – 77,19 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 73,26 dollar səviyyəsində olub.