Ötən həftə (15-19 noyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 82,62 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,75 dollar və ya 3,22% azdır.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (II gün) – 83,9 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 80,39 dollar səviyyəsində olub.