Bu ilin noyabr ayının nəticələrinə görə, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 82,74 ABŞ dollarına bərabər olub ki, bu da oktyabr ayının orta qiyməti ilə müqayisədə 2,76 dollar və ya 3,23% azdır.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, noyabr ayında ən yüksək göstərici (noyabrın 1-i və 2-si) – 87,08 dollar təşkil edib, ən minimal göstərici isə (noyabrın 30-u) 71,74 dollar səviyyəsində olub. Ay ərzində Azərbaycan neftinin qiyməti 17,6% və ya 15,34 dollar azalıb.