Bu ilin may ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 68,35 ABŞ dollarına bərabər olub. Bu, aprel ayının orta qiyməti ilə müqayisədə 3,52 dollar və ya 5,42% çoxdur.
FED.az may ayında ən yüksək göstərici (mayın 28-i) – 69,67 dollar təşkil edib, ən minimal göstərici isə (mayın 19-u) 66,10 dollar səviyyəsində olub. Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 1,61% və ya 1,11 dollar artıb. (Apa)