Bu ilin yanvar-sentyabr aylarında dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 68,27 ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 25,09 dollar və ya 58,1% çoxdur.
Eləcə də bax: Neft və qazın bahalaşması Azərbaycanın gəlirlərinə necə təsir edəcək? - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, 2020-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 43,18 dollar təşkil edib.
Qeyd edək ki, bu ilin sentyabr ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 75,88 ABŞ dollarına bərabər olub, bu da avqust ayının orta qiyməti ilə müqayisədə 5,65 dollar və ya 8% çoxdur. Sentyabr ayında ən yüksək göstərici (sentyabrın 27-si) – 80,77 dollar təşkil edib, ən minimal göstərici isə (sentyabrın 1-i) 71,32 dollar səviyyəsində olub. (Apa)