Həftə ərzində (29 noyabr – 3 dekabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 72,87 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 8,19 dollar və ya 10,1% azdır.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (I gün) – 75,6 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 71,38 dollar səviyyəsində olub.