Bu həftə ərzində (11-15 oktyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 85,47 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,38 dollar və ya 1,64% çoxdur.
FED.az biznes və maliyyə xəbərləri portalı APA-ya istinadən xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (V gün) – 86,45 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 84,9 dollar səviyyəsində olub.