Türkiyənin Ceyhandakı neft terminalında əməliyyatlar bazar ertəsi səhər saatlarında yaxınlıqda baş verən güclü zəlzələdən sonra dayandırılıb.
FED.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan nefti Ceyhandakı neft terminalından ixrac olunur.
Həmçinin qeyd edilib ki, güclü zəlzələ zamanı İraqdan Türkiyəyə neft daşıyan Kərkük-Ceyhan boru kəmərinə və Azərbaycan neftini daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə heç bir ziyan dəyməyib. (Marja)