Bu ilin I yarısında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 83 ABŞ dolları olub.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Sənədə əsasən, bu, dövlət büdcəsinə yenidən baxılması zamanı proqnozlaşdırılan qiymətdən 38,3 % çox, ötən ilin eyni dövründə qeydə alınmış orta qiymətdən isə 24,3% azdır.