Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yenidən 110 dolları keçib.
FED.az xəbər verir ki, 1 barelinin qiyməti 0,86 ABŞ dolları, yaxud 0,78 % artaraq 110,79 ABŞ dollarına çatıb.
Dünən “Brent” markalı neftin bir bareli 108,33 ABŞ dolları olub.
Xatırladaq ki, Azərbaycanın 2022-ci il dövlət büdcəsində neftin qiyməti 50 dollar nəzərdə tutulub, amma 2022-ci ilin I rübündə “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 102,68 dollar təşkil edib. Aprel ayında da neftin qiyməti 102 dollardan aşağı olmayıb.