Dünya bazarında Azərbaycan neftinin qiyməti 100 dolları keçib.
Bu barədə FED.az-a neft bazarındakı mənbə bildirib.
Həftəsonu birjalarla Azərbaycan neftinin qiyməti 3,09 dollar və ya 3,1% artaraq 102,44 dollara yüksəlib.
Xatırladaq ki, bu – avqust ayının sonundan bəri neftin ən yüksək qiymətidir. Bundan əvvəl avqustun 26-da neft 102,58 dollara satılmışdı.
Hazırki qiymət dövlət büdcəsində nəzərdə tutulan qiyməti 17 dollar üstələyir. Büdcədə neftin qiyməti 85 dollar nəzərdə tutulub.