CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 77,55 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 2,57 dollar/barel azdır.
FED.az xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
Eləcə də bax: Mİlli Məclisin gündəliyi açıqlandı
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti isə 76,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,57 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlinvə, 74 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,42 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti isə 76,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,61 dollar/barel çoxdur.
Eləcə də bax: "Büdcə qalığı pensiyaların artımına yönəldiləcək"
Xatırladaq ki, Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 45 dollar nəzərdə tutulub. Dünya bazarında neftin qiymətinin artaraq bu həddən xeyli yüksək olması və neft gəlirlərinin gözləniləndən artıq olması səbəbindən hökumət və parlament büdcəyə dəyişiklik edərək bəzi sahələrə ayrılan vəsaitləri artırmağa hazırlaşır
@“Trend