Bu ilin ilk 7 ayında Azərbaycandan 7 milyard 660 milyon dollar həcmində 14 milyon 471 min ton xam neft ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 566 milyon dollar və ya 17%, miqdar ifadəsilə isə 226 min ton, başqa sözlə 1,5% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 9 milyard 226 milyon dollar dəyərində 14 milyon 696 min ton xam neft ixrac olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta ixrac qiyməti 900 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 067 manat idi. Bu da illik müqayisə ilə 167 manat və ya 15,7% ucuzlaşma deməkdir.
Bu il 7 ayında ümumi ixracın 50,31%-i xam neftin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 57,31% olub.
Hesabat dövründə ən çox neft İtaliyaya ixrac edilib. Məlumata əsasən, bu ölkəyə ixrac edilən neftin dəyəri 4,4 milyard dollardan çox, miqdarı isə 8,4 milyon ton təşkil edib ki, bu da ümumi ixracın həm həcm, həm də dəyər baxımından yarıdan çoxu deməkdir.
İkinci pillədə Çexiya qərarlaşıb. Məlumata görə, bu ölkəyə 547 milyon dollarlıq 1 milyon tondan çox neft ixrac edilib.
Üçüncü yerdə isə 450,8 milyon dollar dəyərində 827,7 min ton göstərici ilə Xorvatiya gəlir.
Azərbaycan nefti hesabat dövrünün nəticələrinə görə ən baha qiymətə bir ton üçün 608 dollara (təxminən 1034 manata) Bolqarıstana və 600 dollara (təxminən 1021 manata) İsveçrəyə satılıb.
Ən ucuz qiymətə isə neft 463 dollara (təxminən 787 manata) Böyük Britaniyaya ixrac edilib.
Ölkələr |
Miqdar (ton, yuvarlaqlaşdırılmış) |
Məbləğ (ABŞ dolları) |
Bir tonun orta ixrac qiyməti (ABŞ dolları) |
Bir tonun orta ixrac qiyməti (AZN) |
Cəmi |
14 470 600 |
7 660 230 090 |
$529 |
900 ₼ |
İtaliya |
8 431 400 |
4 424 208 270 |
$525 |
892 ₼ |
Çexiya |
1 027 600 |
547 091 180 |
$532 |
905 ₼ |
Xorvatiya |
827 700 |
450 838 010 |
$545 |
927 ₼ |
Portuqaliya |
714 300 |
385 076 010 |
$539 |
916 ₼ |
Rumıniya |
686 000 |
378 039 370 |
$551 |
937 ₼ |
Almaniya |
661 700 |
356 684 670 |
$539 |
916 ₼ |
Böyük Britaniya |
459 700 |
212 815 030 |
$463 |
787 ₼ |
İrlandiya |
331 600 |
174 262 240 |
$526 |
894 ₼ |
Yunanıstan |
232 400 |
128 990 340 |
$555 |
944 ₼ |
Niderland |
223 300 |
126 482 410 |
$566 |
963 ₼ |
Tailand |
137 800 |
75 910 840 |
$551 |
937 ₼ |
İndoneziya |
130 900 |
72 131 220 |
$551 |
937 ₼ |
Tunis |
125 700 |
67 934 470 |
$540 |
919 ₼ |
İsveçrə |
89 700 |
53 857 850 |
$600 |
1021 ₼ |
Danimarka |
88 200 |
49 689 270 |
$563 |
958 ₼ |
Bolqarıstan |
79 300 |
48 231 110 |
$608 |
1034 ₼ |
Avstriya |
90 200 |
42 664 790 |
$473 |
804 ₼ |
Fransa |
81 700 |
41 316 860 |
$506 |
860 ₼ |
Türkiyə |
51 500 |
24 006 160 |
$466 |
792 ₼ |