Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb.
FED.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,2 dollar ucuzlaşaraq 78,30 dollar olub.
Qeyd etmək lazımdır ki, neftin qiyməti ucuzlaşsa da, hələ ki, Azərbaycan üçün layizə olandan da yuxarı həddədir. Belə ki, 2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollar nəzərdə tutulub.
Bir qədər əvvəl büdcəyə edilən dəyişikliklərdə büdcə xərcləri artırılıb və neftin qiyməti də 55 dollara qaldırılıb. Nəticədə həttə büdcəyə dəyişiklikləri və neftin artan qiymətini nəzərə alanda da dünya bazarındakı qiymət büdcədəki həddən 23 dollar yüksəkdədir.
Antalyanın ən bahalı 10 oteli – SİYAHI, QİYMƏTLƏR
Azərbaycan nefti ucuzlaşsa da - KOMFORT HƏDDƏDİR
11:33
8 İyul 2018