CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 67,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,66 dollar/barel azdır.
FED.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,61 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,69 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 2,58 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 65,61 dollar/barel olub, bu da əvvəlki göstəricidən 2,55 dollar/barel azdır.
Eləcə də bax: Neft sürətlə ucuzlaşır - QİYMƏTİ TƏHLÜKƏLİ HƏDDƏDİR