Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
"Neftin 10 dollar bahalaşması əlavə 1,4 milyard dollar gətirir" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 8,3% və ya 9,93 dollar artaraq 128,71 dollar təşkil edib.
Bu 2008-ci ildən bəri Azərbaycan neftinin ən yüksək qiymətidir.
Xatırladaq ki, martın 7-də “Brent” nefti 130 dolları keçib.
Azərbaycanın 2022-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 dollar götürülüb. Neftin hər 10 dollar bahalaşması Neft Fonduna əlavə 1,4 milyard dollar gətirir.