Ötən həftə (22-26 avqust) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 100,734 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 4,692 dollar və ya 4,89% çoxdur.
FED.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (IV gün) – 102,58 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 96,6 dollar səviyyəsində olub. (Apa)